“Neftçi İdman Klubu”nun güllə atıcıları yoldaşlıq oyununda qalib gəliblər
Türkiyənin Trabzon şəhərində “Neftçi İdman Klubu” və “Nişantaşı” klubunun gənc güllə atıcıları arasında dostluq görüşü keçirilib.

İdmançılarımızın üstünlüyü şəraitində keçən yarışda qızlar arasında bütün mükafata layiq yerləri klubumuzun yetirmələri tutublar. Onlardan Lalə Mirzəzadə 370 xal toplayaraq birinci olub. Zeynəb Abasova (358 xal) ikinci, Fatimə Rzayeva (310 xal) isə üçüncü yerə çıxıblar.

Oğlanların yarışında atıcımız Elvin Astanov 558 xalla qalib adını qazanıb. Vladislav Kalmıkov isə 542 xallıq nəticə ilə yoldaşlıq görüşünü 3-cü yerdə tamamlayıb.

Xəbər 1271 dəfə oxundu.