Azərbaycan güləşçiləri Vehbi Emre və Hamit Kaplanın xatirə turnirində 3 medala sahib olublar
İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb.

Azərbaycan pəhləvanlarının da iştirak etdiyi turnirin ikinci günündə 66, 75, 85 və 130 kiloqram çəkidə güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Turnirdə 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov finaladək bütün rəqiblərindən üstün olub. Son görüşdə rəqibinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib. Bürünc medalı isə yığmamıza Həsən Əliyev (75 kq) qazandırıb.

Xatırladaq ki, ilk yarış günündə Murad Məmmədov (59 kq) bürünc medal qazanıb.

Komanda hesabında Türkiyə birinci, Gürcüstan ikinci, Azərbaycan yığması üçüncü pillədə qərarlaşıb.

Xəbər 709 dəfə oxundu.