Vüqar Həşimov Memorialında on ən güclü qrossmeyster mübarizə aparacaq
Ötən üç ildə olduğu kimi, bu il də tanınmış Azərbaycan qrossmeysteri Vüqar Həşimovun Memorialı keçiriləcək.

Beynəlxalq turnir “Synergy Group” şirkətinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə aprelin 20-dən 30-dək Şəmkirdə keçiriləcək.

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, Uesli So (ABŞ), Vladimir Kramnik, Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Podoslav Voytaşek (Polşa) və Veselin Topalov (Bolqarıstan) mübarizə aparacaqlar.

Xatırladaq ki, ötənilki turnirin qalibi Şəhriyar Məmmədyarov olub, 2014-cü və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) qalib gəlib.

Turnirin təntənəli açılış mərasimi aprelin 20-də olacaq.

Xəbər 1499 dəfə oxundu.