Ağcabədidə karate-do idman növü üzrə uşaq yeniyetmə və gənclər arasında açıq rayon turniri keçirilib
Martın 1-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “05 mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş Karate-do idman növü üzrə uşaq yeniyetmə və gənclər arasında açıq rayon turniri keçirilib.

Turnir gərgin mübarizə şəraitində keçmiş və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıb. Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılar rayon Gənclər və İdman idarəsinin tərəfindən Diplom və medallar təqdim olunub.

Xəbər 1610 dəfə oxundu.