Bərdədə qaçış yarışı keçirilib
Bərdə şəhərindəki Heydər Əliyev adına istirahət parkında 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 100 metr məsafəyə qaçış yarışı keçirilib.

Rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 ümumi təhsil məktəbindən 20 qız və 20 oğlan iştirak edib.

Tədbirdə çıxış edənlər iştirakçıları 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafından, idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar.
Yarışın sonunda qaliblərə diplomlar təqdim olunub.

Xəbər 906 dəfə oxundu.