3-cü gündə 2 «bürünc»
Serbiya paytaxtı Belqradda güləşçilər arasında Avropa çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, yarışın 3-cü günündə təmsilçilərimiz daha 2 medal qazanıblar. Sərbəst növdə mübarizə aparan Aleksandr Qostiyev (74 kq) və xanım güləşçi Nadejda Sementsova (67 kq) həlledici görüşdə qalib gələrək, bürünc mükafata sahib çıxıblar. Buna qədər Toğrul Əsgərov (60 kq) 1-ci, Sona Əhmədli (59 kq) 3-cü yeri tutmuşdular.

Xəbər 1156 dəfə oxundu.