İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib
İlqar Rəhimov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) martın 3-də təşkil olunan V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər.

Tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib.

Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar "2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı" müzakirə olunub.

Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

Xəbər 487 dəfə oxundu.