“Aue” klubu baş məşqçisiz qalıb
Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu baş məşqçisiz qalıb.

Almaniya təmsilçisinin rəhbərliyi Pavel Dotçevi postundan uzaqlaşdırıb.

Bolqarıstanlı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib. “Aue” rəhbərliyi yeni məşqçi axtarışına çıxıb. Dotçevi kimin əvəzləyəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Aue” II Bundesliqada 22 turdan sonra 18 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Xəbər 638 dəfə oxundu.