Milli Paralimpiya Komitəsinin fəaliyyəti qənaətbəxş hesab olunub
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) 2013-2016-cı illər üçün fəaliyyəti qənaətbəxş hesab olunub.

Bu barədə qərar ARMPK-nın martın 3-də təşkil olunan V hesabat seçki yığıncağında qəbul edilib.

Hesabat dövründə paralimpiya yığmamız 100 təlim-məşq toplanışına qatılıb və millimiz 65 beynəlxalq turnirdə gücünü sınayıb. Həmin dövrdə paralimpiyaçılarımız 63 qızıl, 56 gümüş, 47 bürünc olmaqla, ümumilikdə, 166 medal qazanıblar. Bu yarışlarda idmançılarımız 4 dünya rekordunu yeniləyiblər.

"Rio-2016" XV Yay Paralimpiya Oyunlarında millimiz 1 qızıl 8 gümüş, 2 bürünc medala sahib olmaqla, 82 medal qazanan ölkə arasında 33-cü, Avropada 16-cı, MDB ölkələri arasında 3-cü, müsəlman dövlətləri arasında isə 6-cı olub.

Xəbər 1358 dəfə oxundu.