Ağır atletika üzrə II Beynəlxalq Fəcr Kuboku keçiriləcək
Martın 9-da İranın Əhvaz şəhərində ağır atletika üzrə II Beynəlxalq Fəcr Kuboku keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, nüfuzlu yarışda ölkəmizin ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər.

Komandamızın heyəti artıq müəyyənləşib. Heyətə Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) daxil ediliblər.

Xəbər 821 dəfə oxundu.