Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

ASTF-in və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirdə respublikanın şəhər və rayonlarının yığma komandaları iştirak edir. Çempionat komanda, şəxsi, qoşa və qarışıq qoşa kateqoriyaları üzrə keçirilir.

Yarışlara martın 4-də yekun vurulacaq.

Xəbər 989 dəfə oxundu.