Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Yeni siyahıya əsasən Azərbaycan yığmasının aparıcı üzvləri geriləyib. Buna komandamızın Düsseldorfda keçirilən Qran-pridə iştirak etməməsi səbəb olub.

Yeni siyahıda liderlərdən Rüstəm Orucov (73 kq), Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) mövqelərini qoruyublar. R.Orucov yenə birinci, digərləri ikinci yerdə qərarlaşıblar. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyevin mövqeyi dəyişməz qalıb – 22.

Digər cüdoçularımıza gəlincə, Tərlan Kərimov (66 kq), Hidayət Heydərov (73 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) hərəyə 2, İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) hərəyə 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 52-ci, 33-cü, 21-ci, 18-ci, 7-ci, 12-ci və 25-cidir

Xəbər 624 dəfə oxundu.