Paralimpiyaçılar arasında pauerliftinq üzrə keçirilən yarışın qalibləri mükafatlandırılıb
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında idmanın pauerliftinq növü üzrə keçirilən yarışın qalibləri müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda fiziki imkanları məhdud idmançılar 75 kiloqramadək və 75 kiloqramdan artıq çəki dərəcələrində mübarizə aparıblar.

Yarışın yekun nəticəsinə əsasən, Turan Hüseynov 75 kiloqram çəki dərəcəsinədək idmançıların mübarizəsində qalib adını qazanıb. Telman Şirinov ikinci, Xəyal Abdullayev üçüncü olub. 75 kiloqramdan artıq çəki dərəcəsində isə Eldar Əliyev birinci yerə çıxıb. Digər iki pillədə İlqar Mərdanlı və Sərvər Əliyev qərarlaşıblar.

Sonda qaliblərə Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.

Xəbər 558 dəfə oxundu.