“Dabrova Qornitsa” – “Azərreyl” matçının statistikası açıqlanıb
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Dabrova Qornitsa” – “Azərreyl” matçının statistikası açıqlanıb.

Təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşün ən dəyərli oyunçusu Katerina Jidkova seçilib.O, həmçinin ən yaxşı hücumçu nominasiyasında da hamıdan güclü olub – 21 xal.

Ən yaxşı top qəbul edən oyunçu isə “Dabrova Qornitsa”nın üzvü Daria Pajek olub.

Rəqibin daha bir üzvü Aleksandra Sikorska isə ən yaxşı blokçu olub – 6 blok.

Famil Ağayevin digər yetirmələrinin statistikasına gəlincə, Ayşən Əbdüləzimova – 12, Edina Dobi və Anastasia Qurbanova – 11, Tatyana Bokan – 9, Danica Radenkoviç – 7, Malika Kanzonq – 5, Ceyran Əliyeva və Yuliya Bettendorf isə hərəyə 1 xal toplayıblar

Xəbər 610 dəfə oxundu.