Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Martın 1-də Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Martın 4-dək davam edəcək yarışda ölkəmizin bütün bölgələrindən 150-dək atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 1285 dəfə oxundu.