Şaolin döyüş sənəti üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 111 nömrəli orta məktəbin idman zalında şaolin döyüş sənəti üzrə paytaxt çempionatı keçirilib.

Çempionatda 10 klubdan 155 idmançı birincilik uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Əmirxan Məmmədrzayev, Arzuman Muradov, Məmməd Məmmədli, Rauf Həsənov, Cəfər Əliyev, İlqar Nəcəfov, Məhəmmədəli Axundov, Uğur Səfiyev, Şahmar Hüseynli, Rahib Səfiyev, Ziya Əhmədzadə,Yəhya Əliyev, Əli Əlixanov, Mirsəməd Vəliyev, Nihad Quliyev və Orxan Xəlilov qızıl medal qazanıblar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 500 dəfə oxundu.