Sambo üzrə açıq Bakı birinciliyinə yekun vurulub
Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən keçirilən 2005-2006-cı il təvəllüdlü idmançılar arasında sambo üzrə açıq paytaxt birinciliyinə yekun vurulub.

Birincilikdə 152 samboçu xalça üzərinə çıxıb.

Yarışda Rövşən Bayramov (24 kq), İsmayıl Əlipənahov (26 kq), Murad Əhmədov (28 kq), Həsən Əhmədov (30 kq), Roman Uğurlayev (32 kq), Kənan Məmmədov (38 kq), Adil Rəhimov (41 kq), Ricat Nadirov (45 kq), Fərəc Gözəlov (49 kq), Teymur Şəmiyev (53 kq), İsmayıl Kamilov (57 kq) və Ramal Musayev (57 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1155 dəfə oxundu.