Bakının “Telekom” voleybol komandası İtaliyanın “Konegliano” klubunu qəbul edib
Fevralın 28-də Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində sonuncu oyununu keçirib.

Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində İtaliyanın “Konegliano” komandasını qəbul edib.

İspaniyalı baş hakim Mario Bernaolanın idarə etdiyi oyunda İtaliya təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

“Telekom” qrup mərhələsində keçirdiyi bütün görüşlərdən məğlub ayrılıb və Çempionlar Liqası yarışlarında iştirakını dayandırıb.

Xəbər 658 dəfə oxundu.