Parisdə AVRO-2020 turnirinə hazırlıqla bağlı İşçi Qrupun ilk iclası keçiriləcək
Bu gün AVRO-2020 turnirinə hazırlıqla bağlı İşçi Qrupun ilk iclası keçiriləcək.

Tədbir Fransanın paytaxtı Parisdə baş tutacaq.

Mərasimdə yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakı da təmsil olunacaq. AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, “Bakı AVRO 2020”nin layihə koordinatoru Könül Mehtiyeva tədbirdə iştirak edəcək.

Xəbər 562 dəfə oxundu.