"Zirə" komandası "Sumqayıt" klubunu qəbul edib
Fevralın 27-də Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən ikinci oyunda paytaxtın “Zirə” komandası “Sumqayıt” klubunu qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə ev sahibləri qalib gəliblər – 1:0. Oyunda yeganə qolu qarşılaşmanın 35-ci dəqiqəsində “Zirə”nin futbolçusu Riçard Qadze vurub.
Bu oyundan sonra xallarının sayını 26-ya çatdıran “Zirə” klubu bir pillə irəliləyərək dördüncü sıraya yüksəlib. “Sumqayıt” isə 25 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, XX tur çərçivəsində fevralın 28-də keçiriləcək oyunlarda “Qarabağ” komandası “İnter”, “Kəpəz” isə “Qəbələ” ilə üz-üzə gələcək.

Xəbər 545 dəfə oxundu.