Eldar Əliyev CEV tərəfindən yeni təyinat alıb.
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

E.Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Uraloçka” (Rusiya) - “Vakıfbank” (Türkiyə) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi italiyalı Roberto Boris olacaq.

Qeyd edək ki, “Uraloçka”-“Vakıfbank” oyunu fevralın 28-də Yekaterinburqda keçiriləcək.

Xəbər 627 dəfə oxundu.