“Qroznaya bitva v Moskve” turniri keçiriləcək
Bu gün Moskvada qarışıq təkbətək döyüş növləri üzrə “Qroznaya bitva v Moskve” turniri olacaq.

Möhtəşəm döyüş şousu “Dinamo” İdman Sarayında keçiriləcək.

Gecədə 12 döyüş nəzərdə tutulub. Bu döyüşlərdə Azərbaycan, Rusiya, Ukrayna. Braziliya, Xorvatiya və bir çox digər ölkələrdən tanınmış fayterlər iştirak edəcəklər.

Azərbaycan təmsilçisi Tofiq Musayev 70,3 kiloqram çəki dərəcəsində rusiyalı Murad Şahbanovla qarşılaşacaq. 61,2 kiloqram çəki dərəcəsində də rinqə Azərbaycan və Rusiya təmsilçiləri – Mehman Məmmədov və Qasım Qasımov çıxacaqlar.

Xəbər 1299 dəfə oxundu.