Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb
Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Millilərin iştirakı ilə baş tutan görüşlərdən sonra cədvəldə cüzi dəyişikliklər baş verib.

Lakin planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb. Bxmayaraq ki, bəzi komandaların xal aktivində fərqlər diqqət çəkir.

Azərbaycan millisinin isə xal ehtiyatı da dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız planetin 10-cusudu.

Millimizin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərimizin mövqeyinə gəlincə, 10 xal itirib, 1 addım geriləyən Macarıstan 1182 xalla 31-cidi. Bosniya və Herseqovina 1133 xalla 38-ci yerdə qərarlaşıb. Albaniya 843 xalla 77-ci yerdə qalıb.

Xəbər 666 dəfə oxundu.