Azərbaycan Həndbol Federasiyasının hakimləri Serbiyaya yollanıblar
Azərbaycan Həndbol Federasiyasının hakimləri kişi komandalar arasında “Challenge Cup” yarışlarının səkkizdəbir final mərhələsinin oyunlarını idarə etmək üçün Serbiyanın Pozeqa şəhərinə yollanıblar.

Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları “Sloga Pozega”-“Lokomotiv” oyununu idarə edəcəklər.

Qarşılaşmalar fevralın 25-26-da Pozeqa şəhərindəki “City Sports Hall” idman salonunda keçiriləcək.

Xəbər 651 dəfə oxundu.