Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi “Makkabi”yə başçılıq edib
Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi Aleksandr Çervyakov İsrail çempionu “Makkabi” klubuna (Hayfa) başçılıq edib.

59 yaşlı Azərbaycan mütəxəssisinin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. A.Çervyakov öz karyerası ərzində ilk dəfə Azərbaycanın hüdudlarından kənarda işləyir. Əvvəllər o, Bakının “Azərreyl” və “Azəryol” komandalarının məşqçisi olub, 2013-cü ildə Azərbaycan milli yığmasına başçılıq edib.

Xəbər 578 dəfə oxundu.