AFFA-nın baş katibi Slavişa Kokeza ilə görüşüb
AFFA-nın baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.

Görüşdə AFFA ilə Serbiya Futbol Federasiyası arasında əməkdaşlıq, Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi barədə fikir mübadiləsi aparılıb, iki ölkənin aşağı yaş qruplarından ibarət yığma komandaları arasında yoldaşlıq oyunlarının təşkili ilə bağlı razılıq əldə olunub.

Xəbər 582 dəfə oxundu.