Həndbol üzrə Gürcüstan yığması Avropa çempionatına Bakıda hazırlaşır
Gürcüstanın həndbol üzrə gənclərdən ibarət qadın yığma komandası təlim-məşq toplanışı üçün Azərbaycana gəlib.

Gürcüstan yığmasının Avropa çempionatının seçmə oyunlarına hazırlığı çərçivəsində fevralın 24-26-da Azərbaycanın “Gənclər Birliyi” və gənclərdən ibarət “Qarabağ” komandaları ilə yoldaşlıq oyunları keçirməsi nəzərdə tutulub.


Xəbər 965 dəfə oxundu.