Nərgizin rəqibi ermənistanlı olacaq
Türkiyənin Qaziantəp şəhərində keçirilən qalınlar arasında Avropa çempionatında bu gün istirahət günü olub. İdman.com.az saytı xəbər verir ki, sabah keçiriləcək 7-ci turda aparıcı şahmatçılarımızdan Gülnar Məmmədova estoniyalı Monika Sıqanova, Zeynəb Məmmədyarova slovakiyalı Monika Motısakova, Nərgiz Umudova isə ermənistanlı Mariya Kursova ilə görüşəcək. Xatırladaq ki, hər üç şahmatçımızın 6 turdan sonra 3 xalı var.

Xəbər 1150 dəfə oxundu.