Rauf Məmmədov “Aeroflot Open 2017” turnirinin liderlərindən yarım xal geri qalır
Azərbaycan şahmatçıları Moskvadakı “Kosmos” otelində keçirilən “Aeroflot Open” XV beynəlxalq festivalında mübarizəni davam etdirirlər.

Üç turdan sonra “A” turnirində Nikita Matlakov, Yevgeni Nayer (Rusiya), Mattias Blubaum (Almaniya), İlya Smirin (İsrail), Emilio Kordova (Peru) və Eduardo İturrizaqa (Venesuela) hərəyə 2,5 xal toplayıblar. 35 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysteri Rauf Məmmədov hərəyə 2 xal toplayıb.

Üç turdan sonra “B” turnirində hərəyə 3 xal toplayan Semyon Yelistratov və Daniil Linçevski (Rusiya) liderlik edirlər. Beynəlxalq dərəcəli şahmat ustası Nərmin Kazımovanın aktivində 1 xal var.

Əlavə edək ki, “Aeroflot Open” festivalının başlıca turniri Rusiya Kuboku turnirinin mərhələ yarışıdır. Onun qalibi bu ilin iyulunda Almaniyanın Dortmund şəhərində superturnirdə iştirak etmək hüququ qazanacaq.

Xəbər 688 dəfə oxundu.