Qədir Daşkənddə itkisiz irəliləyir
Özbəkistan paytaxtı Daşkənddə şahmat üzrə Ağzamov memorialı keçirilir. İdman.com.az saytı xəbər verir ki, 3 turdan sonra 6 şahmatçı maksimum nəticə ilə öndə gedir. Onların sırasında azərbaycanlı qrossmeyster Qədir Hüseynov da var. Digər şahmatçımız Rauf Məmmədov 2,5 xalla 9-cu pillədədir.

Xəbər 912 dəfə oxundu.