Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir | |
Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir. Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 169 pəhləvan mübarizə aparır. Turnirdə klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Bütün çəki dərəcələrində mükafatçılar sırasında düşə bilən idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə təltif olunacaq və yığma komandanın heyətinə cəlb ediləcəklər. |
|
Xəbər 641 dəfə oxundu. |
|
|