Badri Kvarasxeliya “Şəmkir”in yeni baş məşqçisi təyin olunub
“Şəmkir”in yeni baş məşqçisi rəsmən açıqlanıb.

Badri Kvarasxeliya bundan sonra birinci divizion təmsilçisini çalışdıracaq. Müqavilənin şərtləri və müddəti haqqında hələlik məlumat açıqlanmayıb.

Badri 1997/1998-ci illərdə “Kəpəz”in, 1998/2005-ci illərdə isə “Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı “Standard”ını, 2012/2013-cü illərdə isə “Qəbələ”ni çalışdırıb.

Qeyd edək ki, 16 turdan sonra birinci divizionda 3-cü pillədə qərarlaşmış komanda ötən tur Qəhrəman Əliyevi istefaya yollamışdı.

Xəbər 829 dəfə oxundu.