Azərbaycan idmançısı Rusiyada keçirilən yarışda qalib gəlib
Moskvada MMA üzrə keçirilən “Fights Night Global 59” əlbəyaxa döyüş yarışlarında Azərbaycan idmançısı qalib gəlib.

Fevralın 23-də Qəbələ İdman Klubunun üzvü, MMA üzrə dünya və Asiya çempionu Nəriman Abbasov rusiyalı rəqibi Artur Zaynukovla qarşılaşıb.

Üç raunddan ibarət görüşdə Nəriman Abbasov rinqdə rusiyalı idmançını tam xal üstünlüyü ilə məğlub edərək yarışın qalibi olub.

Nəriman Abbasov müsahibəsində döyüşün çox ağır keçdiyini bildirib. "Bu görüş mənim üçün çox önəmli idi. Tam xal üstünlüyü ilə qələbə qazandım. Bu görüşdə qələbə qazanmağım bundan sonra titullu görüşlərdə iştirakıma yol açdı. Öncə məşqçim Şəhriyar Abbasova, komandamızın kapitanı Bəxtiyar Abbasova təşəkkürümü bildirirəm”.

N. Abbasov Qəbələ İdman Klubunun prezidenti Tale Heydərova onlara verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

AZƏRTAC

Xəbər 860 dəfə oxundu.