Ağacan Əbiyev: "İdmanın təbliğində “Sport Time” jurnalının rolu əvəzsizdir"
Bu günlərdə idmanın inkişafına xidmət göstərən “Sport Time” jurnalının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılar və idman ictimaiyyətinin tanınmış simaları iştirak edib. Tədbiri çıxış sözü ilə açan Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev bildirib ki, idmanın günü-gündən inkişaf etdiyi bir zamanda Azərbaycan mətbuatının idmana verdiyi dəstək çox önəmlidir: “Mən bunun idmançı olanda da, daha sonra da şahidi olmuşam. İdmançıların uğur qazanmasında medianın böyük rolu var. Bizə göstərdiyiniz dəstəyə görə media nümayəndələrinə təşəkkürümü bildirirəm. İdmana həsr olunan bu jurnal çox gözəl təşəbbüsdür. İdmanın təbliği və idmançıların cəmiyyətə tanıdılmasında “Sport Time” jurnalının rolu əvəzsizdir. Jurnalın rəhbərliyinə işlərində uğurlar diləyir, daim nailiyyətlər arzu edirəm. Azərbaycanda bütün idman növləri inkişaf edib. Dünyada idman ölkəsi olduğumuzu artıq sübut etmişik. Belə bir jurnalın çap edilməsi mütləqdir və sevindirici haldır ”

Xəbər 1790 dəfə oxundu.