Qvardiola Messini təriflədi
"Barselona" klubunun baş məşqçisi Xosep Qvardiola yenidən komandasının ulduz futbolçusu Lionel Messidən söz açıb. İdman.com.az-ın məlumatına görə, gənc mütəxəssis İspaniya mətbuatına müsahibəsində argentinalını futbol əfsanələri ilə müqayisə edib:

"Hər zaman Messini çalışdıran məşqçi olduğumu söyləyəcəyəm. Çünki Messi ən yaxşısıdır və ondan başqası yoxdur. Harada, necə, hansı şərtlər altında olması önəmli deyil. Əsas odur ki, komandanı arxasınca aparan yeganə insandır.

Alfredo Di Stefano, Maradona və Pele inciməsin. Messi ustalıqda heç də onlardan geri qalmır. O, "Barselona"nın heyətində 228-ci qol vurub. Klubun tarixində ən çox qol vuran Sezarın rekordunu təkrarlamağa isə onun cəmi 7 topu çatmır ".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində "Bayer-04" (Leverkuzen) klubu ilə oyunda 5 dəfə fərqlənən Messi, turnirin bir oyununda ən çox top vuran ilk futbolçusu olub.

Xəbər 979 dəfə oxundu.