“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib
“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya “qartallar”ın sıralarına qoşulub. İyirmi iki yaşlı futbolçu mövsümün sonunadək komandamızın formasını geyəcək.

G.Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha əvvəl Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klublarında forma geyib.

Futbolçu həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa çempionatının yarımfinalına qədər yüksəlib.

Xəbər 625 dəfə oxundu.