Azərbaycan idmançısı “Moscow wushu stars-2017” turnirinin qalibi olub
Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən Pərviz Abdullayev növbəti nailiyyətini əldə edib.

İdmançımız bu dəfə uşu yarışlarında fərqlənib. O, Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Moscow wushu stars-2017” turnirində qüvvəsini sınayıb. Beynəlxalq yarışda 4 döyüş keçirən P.Abdullayev bütün rəqiblərinə qalib gəlib. Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz bu qələbələr sayəsində Moskvadakı yarışın çempionu adını qazanıb.

Xəbər 550 dəfə oxundu.