“Ulduz” futzal komandası Fransanın “Reims” klubuna qalib gəlib
İspaniyanın Sevilya şəhərində eşitmə qüsurlu əlillərdən ibarət futzal komandaları arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.

Eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” komandası turnirin qrup mərhələsində üç oyuna çıxıb.

Komandamız “Stokholm”a (İsveç) 4:1, “Ausburg” (Avstriya) isə 6:2 hesabı ilə məğlub olub. Fransanın “Reims” komandası ilə oyunda “Ulduz” 4:2 hesablı qələbə qazanıb.

Xəbər 687 dəfə oxundu.