İdmançılarımız uşu-sanda üzrə “Moskva ulduzları” turnirində 5 medal qazanıblar
Azərbaycan idmançıları uşu-sanda üzrə “Moskva ulduzları” beynəlxalq turnirində uğurla mübarizə aparıblar.

20-dək ölkənin təmsilçilərinin qatıldığı yarışda altı idmançımız federasiyanın prezidenti Azər Həsənovun başçılığı ilə mübarizəyə qoşulub.

Yarışda yığma komandamızın üzvü Elçin Eminov (56 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Taleh İsayev (70 kq) isə yalnız həlledici görüşdə uduzaraq ikinci, Rəfael Tarverdiyev (65 kq) isə üçüncü yeri tutub.

Xəbər 641 dəfə oxundu.