Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İki gün davam edəcək mərhələnin ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

İstanbulda “Fənərbağça” Rusiyanın “Krasnodar” komandasını qəbul edəcək. İlk oyun Rusiya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Almaniyada “Şalke” və PAOK (Yunanıstan) komandaları üz-üzə gələcək. Fransada isə “Sent Etyen” klubu “Mançester Yunayted”i (İngiltərə) qonaq edəcək. İlk oyunda 3:0 hesabı ilə qələbə qazanmış “Şalke” və “Mançester Yunayted” üçün cavab görüşü formal xarakter daşıyır.

Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər 657 dəfə oxundu.