Naxçıvanın güləş komandası beynəlxalq turnirdə birinci yerə layiq görülüb
İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində sərbəst güləş üzrə beynəlxalq turnirə yekun vurulub. Gürcüstan və İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətindən 9 komandanın iştirak etdiyi beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasının 2 komandası da mübarizə aparıb.

Yarış Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələrinin uğurlu nəticələri ilə yadda qalıb. Belə ki, 16 yaşdan yuxarı olan güləşçilərin mübarizəsində Naxçıvan güləş məktəbinin yetirmələri bütün rəqiblərini üstələyərək beynəlxalq turnirin baş mükafatını qazanıblar. 16 yaşadək olan komandaların mübarizəsində isə güləşçilərimiz ikinci olublar.

Sonda qalib və mükafatçı komandalarımız təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif ediliblər.

Xəbər 662 dəfə oxundu.