Qadın voleybolçularımız Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər
Fevralın 21-də qadın voleybolçular arasında Çempionlar Liqasında V turun qarşılaşmalarına start veriləcək.

Azərbaycan klublarından “Telekom” komandası Polşada “Ximik”in qonağı olacaq.

Liqadakı digər komandamız “Azərreyl” isə fevralın 22-də İstanbulun “Fənərbağça” klubunu qəbul edəcək.

Xəbər 688 dəfə oxundu.