Taekvondoçularımız Vətənə üç medalla qayıdıblar
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının taekvandoçuları Türkiyənin Antalya şəhərində Klublararası Avropa Çempionatında və IV “Turkish Open” beynəlxalq turnirində uğurla çıxış edərək Vətənə üç medalla qayıdıblar.

Türkiyə Taekvando Federasiyası və Avropa Taekvando Birliyinin təşkilatçılığı ilə keçirilən G-1 kateqoriyalı yarışda 40 ölkəni təmsil edən 900-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.

Beynəlxalq yarışda 51 kiloqram çəki dərəcəsində çıxış edən lənkəranlı idmançı Fərid Sultan bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Digər lənkəranlı idmançı Ramin Əzizov 81 kiloqram çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medala layiq görülüb. Bu, Ramin Əzizovun son medalı olmayıb. O, Antalyada keçirilən IV “Turkish Open” beynəlxalq turnirində 87 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Xəbər 864 dəfə oxundu.