Şəhriyar Məmmədyarov üçüncü turda Fransa nümayəndəsi ilə qarşılaşacaq
Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin Qran-pri seriyasından birinci mərhələsinin görüşləri başlayıb. Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.

9 turdan ibarət yarışlar İsveçrə sistemi üzrə keçirilir. Qələbə uğrunda 12 ölkədən 18 şahmatçı mübarizə aparır.

Azərbaycan nümayəndəsi iki turdan sonra 1,5 xal toplayıb. Birinci turda qara fiqurlarla oynayan Şəhriyar İspaniya təmsilçisi Fransisko Valyexo ilə heç-heçə oynayıb. Bu gün üçüncü turda şahmatçımız Fransa nümayəndəsi Maksim Vaşye-Laqrav ilə görüşür.

İki turdan sonra turnir cədvəli belədir: Maksim Vaşye-Laqrav – 2 xal, Şəhriyar Məmmədyarov, Maykl Adams – hərəyə 1,5 xal, Levon Aronyan, Fransisko Valyexo, Aleksandr Qrişşuk, Din Lijen, Hikaru Nakamura, Yan Nepomnyaşşi, Riçard Rapport, Aleksandr Ryazantsev, Lüdviq Hammer, Xou İfan, Pavel Elyanov, Dmitri Yakovenko – hərəyə 1 xal, Li Çao, Yevgeni Tomaşevski – hərəyə 0,5 xal, Saleh Salem – 0.

Xəbər 632 dəfə oxundu.