Azərbaycan boksçusu Minskdə bürünc medal qazanıb | |
Belarusun paytaxtı Minskdə boks üzrə beynəlxalq turnir keçirilib. Yeniyetmələr arasında təşkil olunan yarışa 9 ölkənin dəri əlcək ustaları qatılıblar. “Neftçi İdman Klubu”nun yeniyetmə boksçusu Vüqar Səmədov da turnirdə qüvvəsini sınayıb. Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz turnirin bürünc medalına sahib olub. |
|
Xəbər 800 dəfə oxundu. |
|
|