“Ulduz” futzal klubu Çempionlar Liqasında İsveç, Fransa və Almaniya komandaları ilə qarşılaşacaq
İspaniyanın Sevilya şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.

Turnirdə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal komandası iştirak edir.

Püşkün nəticəsinə görə, ilkin qrup mərhələsində təmsilçimizin rəqibləri İsveçin “Stokholm”, Fransanın “Reims” və Almaniyanın “Ausburg” komandaları olacaq.

Təmsilçimiz fevralın 21-də “Stokholm” və “Ausburg”, fevralın 22-də isə “Reims” komandası ilə qarşılaşacaq.

Xəbər 739 dəfə oxundu.