Tennisçimiz Fransada qızıl medal qazandı
Tennisçimiz Fransada qızıl medal qazandı.

Fransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatında şəxsi oyunlar başa çatıb.

27 ölkədən 205 idmançının iştirak etdiyi çempionatda Azərbaycan tennisçisi finalda yaponiyalı idmançı ilə qarşılaşıb. Görüşdə qalib gələn tennisçimiz qızıl medal qazanıb.

Çempionat komanda yarışları ilə davam edir.

Xəbər 1670 dəfə oxundu.