Azərbaycan gimnastı Dünya Kubokunda ikinci oldu
Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunda gümüş medala yiyələnib.

M.Malkin tamblinq cığırında final yarışlarında 72.100 balla ikinci olub.

74.600 bal toplayan rusiyalı gimnast Qriqori Noskov fəxri kürsünün ən yüksək pilləsində, Britaniya təmsilçisi Elliot Braun isə üçüncü pillədə (71.900) qərarlaşıb.

Xəbər 1129 dəfə oxundu.