“Sumqayıt" komandası doğma meydanda minimal hesablı qələbə qazanıb
Fevralın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində növbəti oyun keçirilib.

“Kapital Bank Arena”da “Sumqayıt” komandası AZAL-ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Sumqayıt” komandası minimal hesablı qələbə qazanıb - 1:0.

Oyunda yeganə qolu Yusif Nəbiyev vurub.

Hesabında 22 xal olan "Sumqayıt" turnir cədvəlində beşinci pillədə qərarlaşıb. AZAL isə 8 xalla sonuncudur.

Tura "Qəbələ"-"Qarabağ" oyunu ilə yekun vurulacaq.

Xəbər 716 dəfə oxundu.