“Bakı-2017”də 12 min 500-ə yaxın könüllü iştirak edəcək
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına təxminən 4 minə yaxın idmançının gələcəyi gözlənilir. Ancaq elə ölkələr var ki, iştiraklarını təsdiqləsələr də, idmançıların sayını müəyyənləşdirməyiblər. Ona görə, bu rəqəmi dəqiq demək hələ tezdir.

Bu sözləri fevralın 18-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov jurnalistlərə müsahibəsində deyib.

E.Səfərov bildirib ki, “Bakı-2017”nin açılış və bağlanış mərasimlərində iştirak üçün 4 min 400 könüllü qeydiyyatdan keçib. Onlar martın 6-dan məşqlərə başlayacaqlar. Oyunların əməliyyat könüllülərinin sayı isə 8 min nəfər olacaq. Ümumilikdə “Bakı 2017”də 12 min 500-ə yaxın könüllü iştirak edəcək. “Bakı-2015” ilk Avropa Oyunlarına beynəlxalq könüllülər dəvət olunmuşdu və yaxud onlar öz hesablarına gəlmişdilər. “Bakı-2017”də isə idman təcrübəsi olan və könüllü kimi fəaliyyət göstərmək istəyən əcnəbi vətəndaşlar bizə müraciət edib akkreditasiyadan keçməlidirlər.

Xəbər 643 dəfə oxundu.